“Demokratiyanı Öyrənmə” İctimai Birliyi 2006-cı ildə təsis edilmiş və dövlət qeydiyyatına alınmış yerli qeyri-hökumət təşkilatıdır. Təşkilatın missiyası Azərbaycanda demokratik təsisatların gücləndirilməsi, qanunun aliliyinin təmin edilməsi, siyasi və ictimai həyatda vətəndaş iştirakçılığını təşviq etməklə demokratik cəmiyyət quruculuğuna dəstək verməkdir.

Birliyin fəaliyyət predmetini aşağıdakı məsələlər təşkil edir:

  • Vətəndaş cəmiyyəti təşkilatlarının bilik və bacarıqlarının artırılması;
  • İctimai idarəetmədə vətəndaş iştirakçılığının gücləndirilməsi;
  • Azad, ədalətli və demokratik seçkilərin keçirilməsinin dəstəklənməsi;
  • İctimai həyatın bütün sferalarında şəffaflığın və hesabatlılığın təmin edilməsi.

Birlik müəyyən etdiyi missiyaya və qarşıya qoyduğu məqsədlərə nail olmaq üçün yerli və beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlıq əsasında 30-dan çox proqram və layihələr həyata keçirib.