Sosial hüquq – Elektron xidmətlər

admin

Sosial müdafiə və social təminatları üzrə müəyyən növ xidmətlər həm də elektron qaydada göstərilir. Əmək və Əhalinin social Müdafiəsi Naziriliyi tərəfindən göstərilən bu xidmətlərdən Elektron Hökumət Portalına Asan İmza ilə daxil olaraq istifadə etmək olar.

  • Sığortaolunanın ölümünə dair məlumatın onlayn qəbulu
  • Dəfn üçün müavinətin ödənilməsi ilə bağlı müraciətin və sənədlərin qəbulu
  • Dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün müraciətin qəbulu
  • Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi
  • Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi
  • Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi
  • Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi
  • İş yerinə dair arayış
  • Pensiya təyinatı və pensiya növünün dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu
  • Sığortaolunanın onlayn uçota alınması
  • Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi
  • Uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi
  • Uşağın üç yaş tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi