www.menimhuquqlarim.az saytı Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Demokratiyanı Öyrənmə” İctimai Birliyi tərəfindən həyata keçirilən “Yeni texnologiyalar vasitəsilə hüquqi məlumatlılığın artırılması” layihəsi çərçivəsində yaradılmışdır.

Sayta aztəminatlı əhali qrupunun gündəlik həyatında daha çax rastlaşa biləcəyi beş hüquq sahəsi üzrə – ailə hüququ,  əmək hüququ, müdafiə hüququ, sosial hüquqlar və vərəsəlik hüququ üzrə məlumatlar daxil edilmişdir. Hər bir bölməyə bir neçə alt bölmə daxildirdir. Sayta daxil edilən resurslar bu saytın məqsədləri üçün faydalı hesab edilən maarifləndirmə xarakterli hüquqi məlumatlardan, qanunvericilik aktlarından, video roliklərdən və digər resurslardan ibarətdir. Sayta 23 normativ hüquqi akt, 43 video rolik, 37 tematik material, hüquqlardan elektron qaydada istifadəyə dair 4 təlimat vəs. olmaqla 98  müxtəlif növlü material yerləşdirilmişdir.