Mülki işlərdə dövlət hesabına hüquqi yardım

Mülki işlərdə ödənişsiz hüquqi yardım işlərə yalnız Ali Məhkəmədə baxılması zamanı nəzərdə tutulmuşdur.

Mülki Prosesual Məcəlləsinin (MPM) 67-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər.

MPM-in 67.2. maddəsində deyilir ki, bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir.

Əlaqəli yazılar

Təqsirləndirilən şəxsin hüquqları

admin

Mülki işlərdə hüquqi yardım

admin

İnzibati işlərdə dövlət hesabına hüquqi yardım

admin