Müdafiə hüququ

AR Konstitusiyanın 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.

Konstitusiyanın 61-ci maddəsi isə hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnu müəyyən edir. Burada eyni zamanda göstərilir ki, qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır.

Müdafiə hüququ üç fərqli elementdən ibarətdir:

  1. a) Özünü şəxsən müdafiə etmək hüququ. Bu mütləq səciyyəli deyil. Vəkilin məcburi iştirakı nəzərdə tutulan hallar istisna olmaqla, şəxs öz hüququnu müdafiə etməkdə sərbəstdir. Özünü müdafiə etməyi seçdikdə, şəxs könüllü olaraq vəkil yardımı almaq hüququndan imtina edir və öz müdafiəsini özü həyata keçirir.
  2. b) Özünə müdafiəçi seçmək hüququ.  Hər kəs hüquqlarının müdafiəsi üçün özünə müdafiəçi – vəkil seçmək hüququna malikdir. Vəkil tərəfindən göstərilən hüquqi yardımın haqqının ödənilməsi tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.
  3. c) Müdafiəçinin xidmətini ödəmək üçün ərizəçinin vəsaiti kifayət etmədiyi zaman, eləcə də ədalət mühakiməsinin maraqları tələb etdikdə müdafiəçinin yardımından pulsuz istifadə etmək hüququ. Qanuna əsasən inzibati qaydada tutulmuş şəxslərə,cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə və məhkəmədə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir.

Əlaqəli yazılar

Cinayət və inzibati işlərdə dövlət hesabına hüquqi yardım

admin

Məhkəmədə nümayəndəlik

admin

İnzibati işlərdə dövlət hesabına hüquqi yardım

admin