İşsiz kimi qeydiyyata necə düşmək olar?

15 yaşına çatmış hər bir vətəndaş yaşadığı ərazi üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rayon/şəhər məşğulluq orqanlarında işaxtaran kimi qeydiyyata alına bilər. Şəxs işaxtaran kimi qeydiyyata alındığı gündən 11 iş günü ərzində ona münasib iş təklif olunmadığı və ya işəgötürən tərəfindən vakansiya qəbulundan imtina edildiyi halda, məşğulluq orqanı həmin şəxsin işsiz kimi qeydiyyata alınması haqqında qərar qəbul edir. İşaxtarana müəyyən olunmuş qaydada işsiz statusu verilmədiyi halda, onun 1 aydan sonra təkrarən məşğulluq orqanına müraciət etmək hüququ var.

Şəxs işaxtaran və işsiz kimi qeydiyyatdan hansı hallarda müvəqqəti çıxarılır?

  • hərbi və ya alternativ xidmətə, hərbi toplanışlara çağırıldıqda, həmin müddətdə;
  • barəsində azadlıqdan məhrumetmə və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda, həmin müddətdə;
  • işaxtaran və işsiz kimi qeydiyyata alındığı tarixdən 2 il ərzində məşğulluq orqanının təklif etdiyi münasib işləri qəbul etmədikdə, 1 il müddətində qeydiyyatdan müvəqqəti çıxarılır.

Şəxsin işaxtaran və işsiz kimi qeydiyyatı hansı hallarda ləğv edilir?

  • işaxtaran və işsiz məşğulluq orqanının göndərişi əsasında münasib işlə təmin olunduqda və məşğul şəxs hesab edildikdə;
  • vəfat etdikdə və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə;
  • təqdim olunmuş sənədlərdə və məlumatlarda təhrif olunmuş və ya düzgün olmayan məlumatlar aşkar edildikdə;
  • işaxtaran və işsiz kimi qeydiyyatdan çıxarılma barədə ərizə təqdim edildikdə;
  • işsiz şəxsin qanunveriliyə müvafiq olaraq yaşa görə əmək pensiyası və müavinət almaq hüququ yarandıqda;
  • işsiz şəxs ali və orta ixtisas təhsil müəssisəsinə əyani qəbul olunduqda qeydiyyatı ləğv edilir.

İşsizliyə görə sığorta müavinəti nədir və kimlər ala bilər?

Müəyyən edilmiş qaydada işsiz statusu almış vətəndaşlar işsizliyə görə sığorta müavinəti almaq hüququ qazanır. Bu müavinəti yalnız dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, yaxud işçilərin sayının və ya ştatların ixtisar edilməsi nəticəsində işindən azad olan və işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar ala bilərlər.

İşsizlik müavinəti almaq üçün şəxsin sığorta stajının olması tələb edilir. Qanunvericiliyə əsasən, müavinət şəxsin axırıncı iş yerindəki son 12 ay ərzində hesablanmış orta aylıq əmək haqqının 70 faizi məbləğində müəyyən edilir.

Benefsiar.org

Əlaqəli yazılar

Məzuniyyət hüququ

admin

Əvəzçilik üzrə əmək müqaviləsinin bağlanması və tənzimlənməsi

admin

Hansı hallarda işçiyə sınaq müddəti tətbiq edilə bilər?

admin