İnzibati işlərdə dövlət hesabına hüquqi yardım

İnzibati Xətalar Məcəlləsinin 66-cı maddəsinə əsasən, inzibati işlərdə dövlət büdcəsi hesabına hüquqi yardım almaq hüququna inzibati qaydada tutulan aşağıdakı şəxslər malikdirlər:

  • yetkinlik yaşına çatmayanlar;
  • lal, kar, kor olanlar
  • fiziki və ya psixi qüsurlarına görə özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslər.

Bu şəxslər özləri vəkil tutmadığı halda, hakim onları vəkil ilə təmin etməlidir. Göstərilən hallarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçidən imtinası qəbul olunmur. Qeyd edilən şəxslərin özləri tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadığı halında belə onların vəkillə təmin olunması məcburi şərt kimi nəzərdə tutulmuşdur.

Əlaqəli yazılar

Müdafiə hüququ

admin

Məhkəmədə nümayəndəlik

admin

Şübhəli şəxsin hüquqları

admin