Ailə hüququ – Elektron xidmətlər

admin

Ailə hüquq münasibətlərinə daxil olan müəyyən növ xidmətlər həm də elektron qaydada göstərilir. Ədliyyə Nazirliyi tərəfindən göstərilən aşağıdakı xidmətlərdən Elektron Hökumət Portalına Asan İmza ilə daxil olaraq istifadə etmək olar.

  • Nikahın pozulması üçün elektron müraciət
  • Atalığı müəyyən etmək üçün elektron müraciət
  • Doğumun qeydiyyatı üçün elektron müraciət
  • Nikahın pozulması üçün elektron müraciət
  • Ölüm haqqında aktın alınması üçün elektron müraciət
  • Övladlığa götürmək üçün elektron müraciət
  • Soyadın, adın və ata adının dəyişdirilməsi üçün elektron müraciət

Aşağıda sıralanan qeydiyyata alınmış vətəndaşlıq vəziyyəti aktları ilə bağlı təkrar şəhadətnamələri (arayışları) elektron qaydada əldə etmək üçün bu linkə keçid edib müvafiq ərizə formasını yükləmək və yaxud elektron qaydada müraciət etmək olar.  

  • Doğum haqqında təkrar şəhadətnamənin (arayışın) verilməsi barədə müraciət
  • Nikah haqqında təkrar şəhadətnamə (arayışın) verilməsi barədə müraciət
  • Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında  təkrar şəhadətnamə (arayışın) verilməsi barədə müraciət
  • Övladlığa götürmək haqqında təkrar şəhadətnamə (arayışın) verilməsi barədə müraciət
  • Atalığın müəyyən edilməsi haqqında təkrar şəhadətnamə (arayışın) verilməsi barədə müraciət
  • Ölüm haqqında təkrar şəhadətnamə (arayışın) verilməsi barədə müraciət
  • Nikahın pozulması haqqında təkrar şəhadətnamə (arayışın) verilməsi barədə müraciət